   
|
|
|
 |
|
 |
PSİXOLOGİYA KAFEDRASININ
TARİXİ
Psixologiya kafedrasının
tarixi ADU-un tarixi ilə bağlıdır.
Hələ universitetin TARİX - FİLOLOGİYA
bölməsinin mövcud olduğu dövrdə
(1919 il) və sonra ondan ayrılmış
Şərqşunaslıq fakultəsində
(1922-23) psixoloji fənlər tədris olunurdu.
A.O. Makovelski psixologiya kafedrasının ilk
kafedra müdiri olmuşdur. 1921-ci ilə kimi
A.B. Selixanoviç fəlsəfə ilə
yanaşı psixologiyanın tədrisi ilə
də məşğul idi. Bu illərdə
azərbaycan dilində məşğələləri
Q.Şaxtaxtinskiy, F.İbrahimbəyov, V.Mustafaev,
A.Zəkuzadə kimi görkəmli psixoloqlar
tərəfindən aparılırdı. Psixologiyaya
aid doğma dildə ilk dərsliklər Ağabəyli
və Muxtditin (1922-cu ildə).
1926-cı ildə F.İbrahimbəyov tərəfindən
ilk psixologiya laboratoriyası yaradılmışdı.
Laboratoriya taxitoskopiya, vizual adaptomeriya, kinoqraflaşdırma,
audiometriya, erqoqrafiya, pletizmoqrafiya və s.
kimi murəkkəb ölçmələri
apara biləcək aparatlar və ləvazimatlarla
təhciz olunmuşdu. 1946-cı ildə fundamental
işlərdən olan «Beyin və təfəkkür»
kitabı nəşr olundu. 1947 - 48-ci illərdə
filologiya fakultəsi nəzdində yeni məntiq
və psixologiya bölməsi açılır.
Məntiq və psixologiya kafedrası təsis
olunur. Kafedra müdiri A.O. Makovelski oldu. 1959
- 60-cı illərdə kafedranın müdiri
M.C. Məhərrəmov oldu. Bu bölmənin
bağlanmasından (1960) sonra, məntiq və
psixologiya kafedrasını ləğv elədilər
və onun işçiləri M.C. Məhərrəmov
və C. Təhmasib yeni yaradılmış
psixologiya və pedoqogika kafedrasının
tərkibinə daxil edildilər. Beləliklə,
1960-cı ildə pedaqoqika və psixologiya
kafedrası yaradıldı.
Pedoqogika və psixollogiya kafedraları birləşdikdən
sonra, 1960-cı ildən 1970-ci ilə kimi ona
M.C. Məhərrəmov başçılıq
edib. 1971-ci ildən 1999-cu ilə kimi kafedraya
əməkdar elm xadimi, psixologiya elmləri
doktoru, professor Ə.S. Bayramov başçılıq
edib. 1999-cu ildən bu günə kimi kafedra
psixologiya elmləri doktoru, professor B.H. Əliyevin
rəhbərliyi altında fəaliyyət
göstərir. 1989 - 90-cı ildə Sosial
elmlər və Psixologiya fakultəsi yaradılmışdır.
Fakultədə Psixologiya, Sosiologiya, Fəlsəfə,
Politologiya və İqtisadi nəzəriyyə
ixtisasları üzrə tədris aparılır.
1991 -ci ildə kafedra yenidən, müstəqil
fəaliyyətinə başladı. 2000-ci
ilin aprelində psixologiya kafedrasının
nəzdində Eksperimental Psixologiya Elmi Tədqiqat
Laboratoriyası (EPETL) yaradılmışdır.
Bu illər ərzində əməkdaşların
sayı həm keyfiyyətcə həm də
kəmiyyətcə artmışdır. Kafedra
üzvlərindən B.H Əliyev, Ə.S.
Bayramov psixologiya elmləri doktoru, professordular;
İ.Ə Seyidov, C.A. Təhmasib, M.V. Vəliyev,
R.Ə. Cavadov, G.B. Tağıyeva, R.H. Qədirova,
E.İ. Şəfiyeva, E.M. Kazımzadə,
S.M. Məcidova - elmlər namizədləri,
dosentdirlər; G.Q. Hüseynova, İ.M. Bayramov,
T.T. Babayeva - psixologiya elmlər namizədləri,
baş müəllimdirlər; A.M. Mustafaev
- baş müəllim; T.M. Musayeva və İ.R.
Allahverdiyeva - psixologiya elmlər namizədi,
müəllimdirlər; S.İ Verdiyeva, L.M.
Cabbarova, A.F. Səməndərova - müəllimdirlər;
Nəsirova F.M., Musayeva X.M., İmamverdiyeva
M.N. - baş laborant; Musayeva A. - laborant. EPETL
-da çalışanlardan Vəliyeva Y.Ə.,
Cabbarov R.V., Sadıqova M.M. - elmi işçidirlər;
Əhmədova E.Ə., Sadıqova Z.İ.,
Mirzəyeva S.S., Mustafayev M.H. - kiçik elmi
işçidirlər; Dünyamalıyeva S.R.
- baş laborantdır. Qeyd olunanlardan başqa
kafedrada psixologiya elmlər namizədi R.F. İbrahimbəyova
və T.Y. Dadaşova, pedoqoji elmlər namizədləri
M.A. İsmixanov, H.Ə. Əlizadə dosent
işləmişlər; O.F. Kərimov psixologiya
elmləri namizədi - baş müəllim,
L.N. Qasımova pedoqoji elmlər namizədi
- baş müəllim vəzifələrində
çalışmışlar.
Eləcədə kafedrada prof. Qasımov S.Ə,
b/m Mustafayev A.M, m. Əliyeva K.R, m. Allahyaraova
S.A, m. Piriyeva E.A, m. Fətiyeva F.V, m. Kazımova
K.Q. dərs deyirlər.
Kafedranın bəzi tədqiqatlarının
mövzüları ali məktəb pedoqogikası
və psixologiyasının aktual problemləri
ilə bağlı idi. Xüsusən də
tələbələrin təfəkkürünün
tənqidiliyinin onların fərdi-psixoloji
xüsusiyyətlərindən, intellektual yetkinliyindən,
həmçinin tədris qrupunun tərkibindən
və bu qruplardakı qarşılıqlı
münasibətlərindən asılılığı
professor Ə. Bayramov, O.F. Kərimov, R.Ə.
Cavadov tərəfindən aparılmışdır.
Nəticədə tənqidiliyinin təzahürünün
optimal psixoloji şərtləri müəyyən
edilmişdir. Tələbələrin tipoloji
xüsusiyyətləri və bu tiplərin
təsnifi mayarları işlənib hazırlanmışdır.
Tələbələrin idrak fəallığının
strukturunda estetik qavranışın təşəkülü
mexanizmi ( R. İbrahimbəyova tərəfindən)
örgənilmişdir. Bundan başqa "Psixologiyanın
nəzəri və eksperimental problemləri"
istiqamətində fəal tədqiqatlar aparılmışdır.
Kafedrada aparılmış elmi tədqiqatların
nəticələrini qısaca olaraq belə
ifadə etmək olar:
Fikri fəaliyyət prosesində tələbələrin
təfəkkürünün tənqidiliyinin
funksiyaları araşdırılmışdır,
yəni təhqiredici, tənzimedici və qiymətləndirici
funksiyalarının qarşılıqlı
münasibətləri müəyyən edilmişdir.
Yaradıcı düşünən gənclərin
əqli keyfiyyətlərinin və fərdi-psixoloji
xüsusiyyətlərinin idrak fəallığının
perspektiv və intellektual səviyyələrinin
qarşılıqlı əlaqəsi prosesinə
təsiri öyrənilmişdir. Tələbələrin
təfəkkürünün tənqidiliyinin
funksiyaları, qurluşu, dinamikası, və
s. məsələlərin öyrənilməsinə
yönəlmiş tədqiqatların nəticələri
ümumiləşdirilmiş və çox
qiymətli elmi nəticələr əldə
edilmişdir. Tədqiqatların nəticələrindən
əldə edilmiş elmi nəticələr
öz əksini yüzlərlə elmi işdə
və onlarla monoqrafiyada tapmışdır.
Kafedrada professor Ə. Bayramovun (sədr) rəhbərliyi
altında kafedrada məhkəmə psixoloci-ekspertizası
komissiyası fəaliyyət göstərir.
Bu komissiyada respublikanın bütün regionlarından
bir çox işə baxılmış və
onlara proffesional nəticələr yazılmışdır.
Həmin komissiyanın işinin təşkilində
dosent İ.Ə. Seyidovun xidməti xüsusi
qeyd edilməlidir.
2000-ci ildən etibarən kafedra professor Ə.
Bayramovun redaktorluğu ilə "Psixologiya" elmi
jurnalını nəşr etdirir.
Kafedranın əməkdaşları Ə.S.
Bayramov, İ.Ə. Seyidov, C.A. Təhmasib,
B.H. Əliyev, R.Ə. Cavadov, R. İbrahimbəyova
və başqaları bir çox konfrans, elmi-praktik
seminarlar və qurultaylarda iştirak edir və
tezislərlə çıxış edirlər.
|
|
|
|